Fransa öz qoşunlarını Ukraynaya mümkün yerləşdirməyə hazırlaşmaq üçün gizli hərbi təlimlər keçirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Intelligence Online” məlumat yayıb.
“Perseus” təlimi Fransadakı təlim düşərgəsində 10 gün davam edib və 3200-ə yaxın xüsusi əməliyyat qüvvələri iştirak edib.
Təlim zamanı onlar Belarus ərazisindən Rusiya hərbçilərinin potensial hücumunu dəf etməyi məşq ediblər.
“Intelligence Online”ın məlumatına görə, təlimlərin əsas məqsədləri pilotsuz uçuş aparatları və elektron döyüş sistemlərinin istifadəsi olub.