image-8backend

Fransa Yaponiyaya qarşı:Tokioda NATO ofisinin açılmasına razı ola bilmərik

image-reklam_sirab_01

Fransa Çinlə qarşıdurmanın dərinləşməsi qorxusuna görə Tokioda NATO missiyasının açılmasına qarşıdır.Vətəninfo.az-ın məlumatına görə , bu barədə TASS Fransanın Yaponiyadakı səfiri Filip Setonun bəyanatına istinadən xəbər verir.

“Biz Tokioda NATO ofisinin açılmasına razı ola bilmərik. Biz Çinə və Asiyadakı tərəfdaşlarımıza yanlış mesaj verməməliyik”, – diplomat bildirib.

Daha əvvəl “Financial Times” öz mənbələrinə istinadən qeyd edib ki, Parisin mövqeyi NATO-nun Asiyada ilk nümayəndəliyinin açılması ilə bağlı danışıqları çətinləşdirir. Qəzetin yazdığına görə, Fransa prezidenti Emmanuel Makron hesab edir ki, blokun diqqəti Şimali Atlantika regionuna yönəlməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki