image-1backend

Fransa yenə Ermənistana silah verir

image-reklam_sirab_01

Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistan öz ərazisini, bütövlüyünü və əhalisini qorumağı bacarmalıdır. İki ölkənin müdafiə sahəsində əməkdaşlığı regionda vəziyyəti gərginləşdirməyə yönəlməyib, heç kimin belə niyyəti yoxdur”, – Sejourne bildirib.

Xatırladaq ki, İrəvan və Paris iyun ayında hərbi-texniki təchizatla bağlı bir neçə saziş imzalayıblar.

Müvafiq olaraq, Fransa Ermənistana SEZAR haubitsaları, radarlar, zirehli texnikalar və zenit-raket kompleksləri verəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki