image-1backend

Fransa yenidən qarışdı:  Yeni Kaledoniyada  müstəqillik şüarı ilə aksiyalar başladı

image-reklam_sirab_01

Fransanın müstəmləkəsi olan Yeni Kaledoniya ərazisində polislə müstəqillik tərəfdarları arasında toqquşma baş verib.

Vətəninfo.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının etirazçılara qarşı güc tətbiq etdiyi vurğulanır. Polis gözyaşardıcı qazla nümayişçiləri dağıtmağa çalışıb.

Paytaxt Numeada aerodrom yaxınlığında bir neçə avtomobil yandırılıb. Şəhərin başqa bir bölgəsində polis nümayişçiləri qovmağa müvəffəq olub və bir neçə nəfər yaralanıb.

Kondisioner zavodunda da yanğın qeydə alınıb.

Yeni Kaledoniyada komendant saatı tətbiq edilir.

Çərşənbə axşamı səhər məktəbləri və bir çox müəssisələr bağlıdır. Yeni Kaledoniyada silahların daşınması və gəzdirməsinə, eləcə də spirtli içkilərin satışına qadağa qoyulub.

image-2 image-3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki