image-reklam-veteninfo
image-1backend

Fransada etirazlar böyüyür: 24 məktəb yandırıldı, 400-dən çoxunda dərslər keçirilmir

image-reklam-veteninfo

Fransada orta məktəb şagirdlərinin genişmiqyaslı etirazları ölkə üzrə təhsil sistemində ciddi problemlərə səbəb olub.

Vətəninfo.az xəbər verir ki, etirazlar fonunda 24 təhsil müəssisəsinin yandırıldığı və ya talan edildiyi bildirilir. Ölkə üzrə 400-dən çox məktəbdə isə etirazlar səbəbindən oktyabrın 5-də dərslərin bərpa olunmayacağı açıqlanıb.

Məlumata görə, orta məktəb şagirdlərinin etirazları ötən həftə paytaxt Parisin yerləşdiyi İl-de-Frans regionunda başlayıb. Qısa müddət ərzində aksiyalar ölkənin digər bölgələrinə də yayılıb.

Etirazçılar əsasən müəllim çatışmazlığına, sinif otaqlarında şagird sayının həddindən artıq çox olmasına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Bununla yanaşı, aksiyalar zamanı bir sıra təhsil müəssisələrinə hücum edilməsi və onların dağıdılması vəziyyəti daha da gərginləşdirib.

Daha əvvəl yayılan məlumatlarda kütləvi etiraz aksiyaları ilə əlaqədar polis tərəfindən 5 mindən çox şəxsin saxlanıldığı bildirilmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki