image-1backend

Fransada iğtişaşlar başlayıb – “Le Figaro”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Fransada parlament seçkilərinin ikinci turundan sonra paytaxt Parisdə və bir sıra digər şəhərlərdə iğtişaşlar baş verib. “Le Figaro”nun məlumatına görə, Parisdə “Yeni Xalq Cəbhəsi” solçu alyansının mitinqinin keçirildiyi Respublika meydanında polislə toqquşma olub.

Bir qrup solçu radikal polisə fişəng və daşlarla hücum edib, buna cavab olaraq polis səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib. Bir nəfər həbs edilib. Bir neçə bankın və mağazanın şüşələri sındırılıb. Polislə toqquşmalar Nant şəhərində də baş verib. Həbs olunan üç nəfər var. Bir polis yanıq xəsarətləri alıb. Sağ mərkəzli “Milli Birlik” partiyasının üzvlərinin yürüşlər keçirdiyi Lionda da vəziyyət gərgin idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki