Vətəninfo.az xəbər verir ki, Parisdə məhkəmə tərəfindən hökumət orqanlarına seçilməsinə qadağa qoyulmuş Milli Birlik partiyasının parlament fraksiyasının lideri Marin Le Penə dəstək üçün minlərlə insan mitinq keçirib.
Mitinq Vauban meydanında başlayıb. Etirazçılar Fransanın dövlət bayraqlarını qaldırıblar.
Le Pen özü də təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə mitinq yerinə gəlib. Partiya lideri Cordan Bardella çıxışında bildirib ki, Le Penin mühakimə olunduğu gün tarixə qara gün kimi düşəcək, ona qarşı ədalətsiz və qalmaqallı məhkəmə qərarı onu prezidentlik yarışından uzaqlaşdırmaq məqsədi daşıyır. Siyasətçi əlavə edib: “Bu, birbaşa demokratiyaya hücumdur”.
“Bu qərar mənim xalqımı, ölkəmi və şərəfimi tapdaladı”. İstəyirəm hamı bilsin ki, mən bu prosesin siyasi mahiyyətini çəkinmədən vurğulayıram. Bu məhkəmə qərarı deyil. Le Pen çıxışında “Bu, siyasi qərardır, siyasətçilər üçün ovdur” deyib.