Fransa prokurorluğu iki gənci yəhudi obyektlərinə hücum planlaşdırmaqda ittiham edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə AFP məhkəməyə istinadən məlumat yayıb.
19 yaşlı saxlanılan şəxs terror aktları törətməkdə, həmçinin terror fəaliyyəti üçün silah əldə etmək və saxlamaqda ittiham olunub.
Agentlik yazır ki, gənclər sosial şəbəkələrdə görüşüb və əsasən yəhudi obyektlərinə qarşı zorakılıq aksiyası planlaşdırıblar.
Digər təfərrüatlar verilmir.