Fransanın Nigerdəki səfiri çərşənbə günü səhər tezdən ölkədən qovulub. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Avqustun sonunda iyul çevrilişindən sonra hakimiyyəti ələ keçirən hərbçilər Fransanın hərəkətlərinin “Nigerin maraqlarına zidd” hesab edilməsinə cavab olaraq Fransa səfiri Silven İtteyə 48 saat ərzində ölkəni tərk etmək əmri verib.
Həftə sonu Makron səfirin Fransaya qayıdacağını açıqlayıb. O, həmçinin 1500 fransız əsgərinin Nigerdən çıxarılmasını elan edib.


























