Fransa prezidenti Emmanuel Makronun reytinqi yeni əks-rekord qeydə alıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg Ipsos Mərkəzinin keçirdiyi sorğulara istinadən yazır. Nəşrin məlumatına görə, noyabrın 24-də keçirilən ictimai rəy sorğularının nəticələri ilə müqayisədə Makronun reytinqi iki faiz bəndi azalaraq 21 faizə çatıb. Bu, 2018-ci ildə Fransanın “sarı jiletlilər”in etirazları ilə sarsıldığı zaman, fəaliyyətdə olan Fransa prezidentinin əldə etdiyi ən aşağı 20 faizlik bəyənmə reytinqinə yaxındır. 2024-cü ilin iyun ayından, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdikdən sonra Makronun reytinqi 12 faiz aşağı düşüb.
Həmin seçkilər, məlum olduğu kimi, Fransa parlamentində dərin fikir ayrılığı və büdcə planlaması baxımından dalana dirənmiş vəziyyət yaratmışdı. Bundan əlavə, nəşr qeyd edir ki, Fransanın yeni baş naziri Fransua Bayru vəzifəyə 20 faiz bəyənmə reytinqi ilə daxil olub ki, bu da Makronun təyin etdiyi altı baş nazir arasında ən aşağı göstəricidir. Fransa siyasi sahəsində Marin Le Pen 34 faiz, Jordan Bardela isə 33 faiz etimad səsi ilə lider hesab edilir. Yanvarın 3-də “Le Figaro” da yazıb ki, fransızların 61 faizi Makronun vaxtından əvvəl istefa verməsinin tərəfdarıdır, 62 faizi isə Makronun idarəçilik metodunu diktatura hesab etdiklərini bildirib.