image-1backend

Fransızlar Makronun parlamenti buraxmaq qərarını bəyənmir: Etirazlar başlayır…

image-reklam_sirab_01

Fransızların əksəriyyəti həmin ölkənin prezidenti Emmanuel Makronun parlamenti buraxmaq qərarını bəyənmir və ondan sonra keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrindən də narazıdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Elabe mərkəzindən məlumat verilib. Belə ki, sorğuda iştirak edən 1000 fransalının 71 faizi seçkinin nəticələrindən narazıdır.

Üstəlik, onların 32 faizi son dərəcə narazıdır. Ən çox narazı olan sağçı “Milli Birlik” partiyasının seçiciləridir: 94 faiz. Respondentlərin 48 faizi “Milli Birlik”in növbəti seçkilərdə hakimiyyətə gələ biləcəyinə inanır. 52 faiz üçün “Yeni Xalq Cəbhəsi” ilə prezidentin düşərgəsi arasında razılaşmalar “qeyri-təbii və saxtadır”. Respondentlərin 32 faizi hesab edir ki, “Milli Birlik” həmin siyasi qüvvənin nümayəndələrinin ictimai yerlərdə və ya öz sosial media platformalarında verdiyi son dərəcə irqçi bəyanatlar səbəbindən səslərini itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki