Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) mayın 9-da Kalininqradda hərbi paradın marşrutu boyunca partlayış hazırlayan Rusiya vətəndaşını həbs edib.
“Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kalininqradda Rusiyada qadağan olunmuş terror təşkilatına könüllü qoşulan və Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı terror aktı törətməyi planlaşdıran Rusiya vətəndaşını (2000-ci il təvəllüdlü) saxlayıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, cinayəti törədən şəxs Telegram vasitəsilə “Ukraynalı əlaqələndirici”dən tapşırıq alaraq, “hərbi parad karvanının marşrutu boyunca partlayıcı qurğunu işə salmağa hazırlaşıb”, –Vətəninfo.az-ın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Faktla bağlı terrorizm və təxribat fəaliyyətinə kömək etmə maddələri ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs, aydınlaşdırıldığı kimi, həbs edilib və onu 20 ilə qədər həbs gözləyir.