Vətəninfo.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna hərbi kəşfiyyatının göstərişi ilə Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə sui-qəsd hazırlamaqda şübhəli bilinən Donetsk Xalq Respublikasının (DXR) sakininin saxlanıldığını açıqlayıb.
FSB-nin məlumatına görə, şübhəli şəxsin hədəfi zərərsizləşdirmək üçün Britaniya istehsalı zəhər qarışığından istifadə etməsi planlaşdırılıb. Bildirilir ki, qarışıq hərbi təyinatlı sinir agentinin analoqu olan maddə əsasında hazırlanıb və 20 dəqiqə ərzində ölümə səbəb ola biləcək təsir gücünə malikdir.
Hadisə ilə bağlı istintaq davam etdirilir.


























