image-reklam-veteninfo
image-1backend

FT: Rusiyada müharibədən narazılıq artır, Putin isə sərt mövqeyini qoruyur

image-reklam-veteninfo

Rusiyada Ukraynaya qarşı davam edən müharibə ilə bağlı ictimai narazılığın artdığı, lakin Rusiya prezidenti Vladimir Putinin münaqişəni yalnız öz şərtləri ilə başa çatdırmaq niyyətində olduğu bildirilir. Bu barədə Financial Times nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiyada aparılan son rəy sorğusunda Vladimir Putinə etimad səviyyəsi 69 faizə enib. Bildirilir ki, bu, 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatların başlanmasından bəri qeydə alınan ən aşağı göstəricilərdən biridir.

Moskvalı politoloq Andrey Kolesnikovun sözlərinə görə, Putinin ictimaiyyət qarşısında etdiyi çıxışlar artıq insanları inandırmaqdan daha çox, özünü vəziyyətin nəzarət altında olduğuna inandırmaq cəhdi təsiri bağışlayır.

Analitik hesab edir ki, Rusiya liderinin Ukraynanın atəşkəs təklifini rədd etməsi kompromisə hazır olmadığını göstərir.

“Bu, yaxşı əlamət deyil. O, bunun özünə zərər verəcəyini bilsə belə, güzəştə getmək istəmir. Bu isə mübarizəni istənilən vasitə ilə davam etdirmək niyyətində olduğunu göstərir”, – deyə Kolesnikov bildirib.

Politoloqun fikrincə, Rusiya cəmiyyətində müharibədən yaranan yorğunluq getdikcə narazılığa çevrilir. O qeyd edib ki, internet məhdudiyyətləri, yanacaq qıtlığı və digər gündəlik problemlər insanların narahatlığını daha da artırır.

Məqalədə Kremlin son siyasi addımlarına da diqqət çəkilir. Belə ki, hakim “Vahid Rusiya” Partiyası keçirilən qurultayda uzun fasilədən sonra yenidən özünü “prezidentin partiyası” adlandırıb.

Rusiyalı jurnalist və siyasi şərhçi İvan Filippov hesab edir ki, bu qərar Putinin siyasi təcridinin dərinləşdiyini göstərir.

Onun fikrincə, ölkədə iqtisadi problemlərin artdığı, enerji infrastrukturunun mütəmadi hücumlara məruz qaldığı və cəbhədə vəziyyətin dalana dirəndiyi bir vaxtda Putinin hakim partiya ilə daha sıx əlaqələndirilməsi riskli siyasi qərardır.

Məqalədə həmçinin qeyd olunur ki, bəzi hərbi analitiklər Ukraynanın Rusiyanın neft və qaz infrastrukturuna endirdiyi zərbələrin Kremlin hərbi potensialına ciddi təsir göstərə biləcəyini düşünürlər.

Bununla yanaşı, Financial Times vurğulayır ki, Rusiyada ictimai narazılığın artmasına baxmayaraq, Kreml hələlik müharibə ilə bağlı mövqeyində ciddi dəyişiklik siqnalı vermir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki