image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-29-52_838b99a1backend

Füzuli şəhərində doğma yurdlarına dönən ailələrlə sosial-psixoloji təlim keçirilib

image-reklam-veteninfo

Füzuli şəhərində “İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş” layihəsi çərçivəsində növbəti təlim baş tutub.
Layihənin məqsədi azad edilmiş ərazilərə qayıdan ailələrin sosial adaptasiyasına və psixoloji dayanıqlığına dəstək göstərmək, onların cəmiyyətə inteqrasiya prosesini gücləndirməkdir.
Təlimdə ekspert təlimçi qismində çıxış edən “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova, iştirakçılara psixoloji dayanıqlığın formalaşması, travmadan sonra adaptasiya, emosional tənzimləmə və ailə münasibətlərində balansın qorunması mövzularında geniş təqdimatla çıxış edib.
O, doğma yurdlarına qayıdan ailələrin psixoloji rifahının gücləndirilməsinin, xüsusilə də qadın və uşaqlarla məqsədyönlü psixoloji işin aparılmasının əhəmiyyətini vurğulayıb. Təlim interaktiv müzakirələr, qrup tapşırıqları və fərdi yanaşma elementləri ilə müşayiət olunub.
Tədbir iştirakçıları bu cür layihələrin bölgələrdə davamlı keçirilməsinin zəruriliyini qeyd edib və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki