image-reklam-veteninfo
image-agca8backend

Füzulidə məktəblilər üçün ekoloji maarifləndirici təlim keçirilib

image-reklam-veteninfo

“İnnovativ Gənclər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Yaşıl Gənclik: Region gəncləri arasında ekoloji maarifçilik” layihəsi çərçivəsində Füzuli şəhərində məktəblilər üçün maarifləndirici təlim keçirilib.

16 dekabr 2024-cü il tarixində baş tutan təlim “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub.

Təlimin əsas məqsədi region gəncləri arasında ekoloji şüurun artırılması, məktəblilərin ətraf mühitin mühafizəsi ilə bağlı bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların davamlı liderlik və ictimai fəallıq bacarıqlarının formalaşdırılması olub.

Təlim zamanı iştirakçılara ətraf mühitin qorunması, ekoloji problemlərin qarşısının alınması, tullantıların düzgün idarə olunması və təbii resurslardan səmərəli istifadə ilə bağlı məlumatlar verilib. Eyni zamanda, gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakının və gündəlik həyatda ekoloji davranışların təşviqinin əhəmiyyəti diqqətə çatdırılıb.

Layihə çərçivəsində keçirilən bu cür tədbirlər region gənclərinin ekoloji məsələlərə dair məlumatlılığının artırılmasına, onların sosial və ictimai fəallığının gücləndirilməsinə, eləcə də ekoloji dəyərlərin gənclər arasında təşviqinə xidmət edir.

“Yaşıl Gənclik” layihəsi region gənclərinin ekoloji maarifləndirilməsinə və onların ətraf mühitin qorunması istiqamətində təşəbbüslərə cəlb olunmasına yönəlmiş fəaliyyətlərini davam etdirir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki