image-2backend

G-20-nin dövri sədrliyi Braziliyaya keçdi

image-reklam_sirab_01

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G-20 Sammitində Hindistan dövri sədrliyini Braziliyaya təhvil verdi.

Sammitin bağlanış iclasında Hindistanın baş naziri Narendra Modi sədrlik mandatını Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya təqdim edib. Beləliklə, G-20-nin dövri sədrliyi Braziliyaya keçib.

Vətəninfo.az xəbər verir ki, Braziliyanın dekabrın 1-dən etibarən öhdəsinə götürəcəyi G-20-nin dövri sədrliyi 2025-ci ildə Cənubi Afrika, 2026-cı ildə isə Amerika Birləşmiş Ştatlarına (ABŞ) keçəcək.

Braziliya 2024-cü ildə sədrliyi dövründə yoxsulluq, davamlı inkişaf, Beynəlxalq Valyuta Fondu və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qlobal təsisatlarında islahatlara üstünlük verəcək.

Hindistanın baş naziri N.Modi yekun nitqində 2023-cü ilin noyabr ayında onlayn dövlət başçıları sammitinin keçirilməsini təklif edib.

Vyetnama səfər etmək üçün Hindistandan ayrılan ABŞ prezidenti Co Bayden “X” sosial media platformasında verdiyi açıqlamada sammiti dəyərləndirərək bildirib: “Qlobal iqtisadiyyatın iqlim böhranı, zəiflik və münaqişə kimi bir sıra şoklardan əziyyət çəkdiyi bir vaxtda builki G-20 Sammiti sübut etdi ki, o, hələ də ən aktual problemlərimizə həll yolları təklif edə bilir”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki