image-bez-nazvaniya-1backend

G7 ölkələri İranı hədələdi: Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandır

image-reklam_sirab_01

Yeddilik Qrupu (G7) ölkələri İranı Ukraynadakı münaqişədə Rusiyaya dəstəyi dayandırmağa çağırırb. Vətəninfo.az xəbər verir ki,  şənbə günü Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitində qəbul edilmiş bəyanatda bu fikirlər yer alıb.

“Biz İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, raketlərin, pilotsuz uçuş aparatlarının (PUA) və əlaqəli texnologiyaların dövlət və qeyri-dövlət subyektlərinə və etibarlı qruplara ötürülməsi də daxil olmaqla, sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlığımızı bildiririk. o cümlədən 2231 və 2216”, – məlumatda deyilir.

“İran Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə dəstəyi dayandırmalıdır. Xüsusilə, biz İranı Ukraynanın kritik infrastrukturuna hücum etmək üçün istifadə edilən silahlı İHA-ların ötürülməsini dayandırmağa çağırırıq”, – G7 liderləri bildiriblər.

Moskva və Tehran İranın pilotsuz uçuş aparatlarının tədarükü və onların Ukraynada istifadəsi ilə bağlı xəbərləri dəfələrlə təkzib ediblər. Kremlin sözçüsü Dmitri Peskov bu xəbərləri yalan adlandırıb və Rusiya ordusunun yerli istehsal dronlarından istifadə etdiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki