image-reklam-veteninfo
image-1backend

G7 ölkələri Moskvaya təzyiqi artırmaq niyyətindədir

image-reklam-veteninfo

G7 ölkələri Rusiyaya iqtisadi təzyiqi artırmaq niyyətindədir və həmçinin “Rusiyanın hərbi səylərini maliyyələşdirməyə kömək edən” ölkələrə və təşkilatlara qarşı əlavə tədbirləri nəzərdən keçirirlər.

Bu, G7 xarici işlər nazirlərinin Kanadanın Ontario şəhərində keçirilən görüşdən sonra verdiyi birgə bəyanatda bildirilib. Bundan əlavə, ölkələr Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını müzakirə edib, Rusiyanı enerji infrastrukturuna hücumlara görə qınayıb və Kiyevi dəstəkləməyə davam edəcəklərini əlavə ediblər.

Bundan əlavə, G7 ölkələri İranı nüvə proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlara çağırıblar. Sənəddə həmçinin vurğulanıb ki, İran AEBA ilə əməkdaşlığı tam bərpa etməlidir ki, bu da onun nüvə obyektlərində yoxlamaların bərpa olunmasını nəzərdə tutacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki