image-23backend

Gələn həftə əfv sərəncamı gözlənilir: 2000-ə yaxın məhkum azadlığa çıxa bilər

image-reklam_sirab_01

Xəbər verildiyi kimi, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 100 illiyi ilə əlaqədar əfv sərəncamı gözlənilir. Mart ayından etibarən Prezident Yanında Əfv Komissiyası bununla bağlı 3000-dən çox müraciətə baxıb.

Vətəninfo.az xəbər verir ki, dövlət başçısı tərəfindən əfv sərəncamının verilməsi növbəti həftə ərzində baş tuta bilər. Məlumatlara görə, bununla bağlı komissiyası artıq fəaliyyətini yekunlaşdırıb. Və müvafiq siyahı dövlət başçısına təqidm olunub.

Əldə etdiyimiz məlumatlara görə, bu əfv sərəncamı indiyə qədər verilmiş ən böyük sərəncam hesab edilə bilər. Çünki həmin sənədə əsasən dövlət başçısının 1700-2000 nəfərə yaxın dustağı əfv edəcəyi gözlənilir.

Həmin siyahıda siyasi məhbusların da adının olacağı istisna edilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki