image-1backend

Gələn həftə NATO-nun böyük nüvə təlimləri keçiriləcək- Rute

image-reklam_sirab_01

Şimali Atlantika Müqaviləsi Təşkilatının rəhbəri Mark Rutte cümə axşamı bildirib ki, NATO gələn həftə çoxdan planlaşdırılan nüvə təlimləri keçirəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə  Associated Press yayıb.

NATO-nun yeni baş katibi Londonda jurnalistlərə deyib: “Qeyri-sabit dünyada müdafiə gücümüzü yoxlamaq və onları gücləndirmək həyati əhəmiyyət kəsb edir ki, düşmənlərimiz NATO-nun istənilən təhlükəyə cavab verməyə hazır və qadir olduğunu bilsinlər”.

“Sabit Günorta” hərbi təlimləri bazar ertəsi başlayacaq və təxminən iki həftə davam edəcək. Onlara Belçika və Hollandiya rəhbərlik edəcək, təlimlərdə 8 hərbi baza və 2000 hərbçi, 13 ölkədən 60 təyyarə iştirak edəcək. Bu hərbi təlimlər on ildən artıqdır ki, hər il demək olar ki, eyni vaxtda keçirilir. Onlarda nüvə başlıqları daşıya bilən bombardmançılar və qırıcılar iştirak edir. Döyüş sursatlarından istifadə edilmir. Təlimin əsas hissəsi Rusiyadan 900 kilometr aralıda, Şimal dənizində keçirilir.

NATO rəsmilərinin sözlərinə görə, təlimlər barədə Moskva məlumatlandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki