image-ede6b783-bc21-454d-a8ae-d1d2eb9170f0backend

“GƏLİN, ÖZÜMÜZÜ ALDATMAYAQ…” – “Rusiyada heç bir hökumət Qarabağın müstəqilliyini tanıya bilməz”

image-reklam_sirab_01

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın xüsusilə də son illərdə vaxtaşırı olaraq erməniləri “ayıltmağa” çalışan bəyanat və açıqlamalarına rast gəlinir.

Ermənistanın “Hraparak” qəzeti L.Ter-Petrosyanın yeni dərc olunan “Erməni genosidi” adlı kitabından bəzi hissələri dərc edib. Həmin hissələrdə müəyyən maraqlı məqamlar var.

Ter-Petrosyanın özü zamanında Qarabağdakı separatizmin və ümumilikdə Azərbaycanla münaqişənin mənbəyində duran “liderlərdən” biri olsa da, istər hakimiyyətinin son dövrlərində, istərsə də sonrakı illərdə, xüsusilə də 44 günlük müharibədən sonrakı zaman kəsiyində ermənilərə bəzi həqiqətləri aşılamağa və onları Azərbaycanla, Türkiyə ilə düşmənçiliyin heç bir perspektivinin olmadığına inandırmağa çalışıb.

Sözügedən kitabında da Ter-Petrosyan ermənilər üçün acı olan bəzi reallıqları və həqiqətləri göstərib. Kitabdakı tezis xarakterli bəzi fikirləri diqqətinizə çatdırırıq:

“Gəlin, özümüzü aldatmaqla məşğul olmayaq və illüziyalarla qidalanmayaq. Bizim Qarabağın müstəqilliyi məsələsində müttəfiqimiz yoxdur…

Bunu başa düşmək üçün çoxmu ağıl lazımdır ki, Rusiyada hansı hökumət olursa olsun, o, Qarabağın müstəqilliyini tanıya bilməyəcək. Çünki onun özünün tərkibində 20 Qarabağ var…

Dünyada heç bir ölkə Ermənistanın tələbi ilə genosidi tanımayıb…

Nəhayət, anlamaq lazımdır ki, heç kim Türkiyəni ultimatum verməklə və küncə sıxışdırmaqla “erməni genosidi”ni tanımağa məcbur edə bilməz… Başa düşmək lazımdır ki, siyasətdə və hüquqda “tarixi qanun” anlayışı yoxdur və dünya ilə bu dildə danışmaq olmaz…

İndiki Ermənistan respublikası dünyadakı ləyaqətli dövlətlər ailəsindən 25 il aralı düşüb…

Erməni-türk münasibətləri və Qarabağ münaqişəsi tənzimlənmədən Ermənistanın bu regionda iqtisadi inkişafı və təhlükəsiz mövcudluğu mümkün deyil…”

Ter-Petrosyanın bu fikirləri, əlbəttə ki, ermənilər üçün faydalıdır, ancaq qatı millətçilik və düşmənçilik iliyinə qədər işləmiş toplumun ağıllanması da çox müşkül görünür. Yuxarıda qeyd olunan sitatlara gəlincə, Azərbaycanda hər zaman “müsəlmanın sonrakı ağlı” deyimi populyar olub, ancaq görünür, indiki tarixi şəraitdə eyni deyim ermənilər üçün də keçərlidir…“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki