image-reklam-veteninfo
image-5-psixoloqbackend

Gənc psixoloqlar üçün İİV-lə bağlı psixoloji dəstək üzrə təlim keçirilib

image-reklam-veteninfo

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən gənc psixoloqların İİV-lə yaşayan insanlarla iş üzrə peşəkar bacarıqlarının artırılması məqsədilə təlim keçirilib.

Təlimdə 6 gənc psixoloq iştirak edib. Təşkilat əsasən gənclərlə işlədiyi üçün onların psixoloji dəstəyə daha rahat və etibarlı şəkildə müraciət etməsini təmin etmək məqsədilə gənc mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirir.

Təlim zamanı psixoloqlara İİV-lə yaşayan insanlarla düzgün ünsiyyət qurmaq, məxfilik və ayrı-seçkisizlik prinsiplərinə riayət etmək, diaqnozun yaratdığı emosional gərginliklə işləmək, həmçinin ailə üzvlərinə, o cümlədən valideynlərə psixoloji dəstək göstərmək barədə praktiki məlumatlar verilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Hazırlıq keçmiş gənc psixoloqlar gələcəkdə təşkilatın həyata keçirdiyi fəaliyyətlərə cəlb olunaraq İİV-lə yaşayan insanlara və onların ailələrinə psixoloji dəstəyin göstərilməsinə kömək edəcəklər.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki