image-reklam-veteninfo
image-img_1585backend

Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” olacaq (FOTO)

image-reklam-veteninfo

Gəncə Dövlət Filarmoniyası yeni layihəyə star verir.

Vətəninfo.az xəbər verir ki, bunlardan biri də Gəncə ve regionlarda fəaliyyət göstərən istedadlı ifaçıların səhnədə parlamasına şərait yaradan “Muğam axşamı” layihəsidir.

Layihənin ilk iştirakçısı Gəncə Dövlət Filarmoniyasının solisti, istedadlı xanəndə Zəminə Mustafayeva olacaq.

14 oktyabr 2026-cı il tarixində saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı”nın ilk konserti keçiriləcək.

Konsert proqramı “Arazbarı” muğam qrupunun müşayiəti ilə təqdim olunacaq. Qrupun rəhbəri “Göygöl” Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri Sahil Quliyevdir.

Proqramda Azərbaycan muğam sənətinin zəngin ənənələrini əks etdirən muğam nümunələri və bəstəkar mahnıları səsləndiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki