image-1backend

“Gənclər üçün Yay məktəbi”layihəsinə start verilib

image-reklam_sirab_01

Avqustun 20-də Qubada “Azərbaycan Respublikası Gənc Politoloqlar Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi “Gənclər üçün Yay məktəbi” layihəsinə start verilib.
AvroMedia.az bildirir ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəsətəyi ilə təşkil edilən Yay məktəbinin başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.
Üç gün davam edəcək tədbirdə 30-dək gənc sahibkar, startapçılar, habelə bu sahəyə marağı olan gənclər iştirak edirlər.
Tədbir çərçivəsində təşkil ediləcək mədəni proqrama əsasən Quba rayonu ilə tanışlıq da nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki