19 sentyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə gənclərin fərdi inkişafına yönəlmiş növbəti maarifləndirici sessiya baş tutub. Tədbirdə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova “Psixoloji dayanıqlıq və mühitə adaptasiya” mövzusunda təlim keçib.
Təlim zamanı iştirakçılara streslə mübarizə yolları, sosial mühitə uyğunlaşma bacarıqları, emosional balansın qorunması və şəxsi inkişafın psixoloji əsasları barədə məlumat verilib. Praktik çalışmalar vasitəsilə gənclər öz psixoloji dayanıqlıq səviyyələrini qiymətləndirərək, gündəlik həyatda tətbiq edə biləcəkləri üsullarla tanış olublar.
Təlimin məqsədi gənclərdə emosional sabitlik, mühitə çevik adaptasiya və fərdi potensialın reallaşdırılması bacarıqlarını gücləndirmək olub.
Sonda iştirakçılar suallarını səsləndirib, mövzu ətrafında müzakirələr aparıblar.