image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-26-04_463ebe59backend

“Gənclərin səsi: Narkotiklərə Yox!” layihəsi çərçivəsində psixoloji təlim keçirilib

image-reklam-veteninfo

 

25 sentyabr 2025-ci il, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin səsi: Narkotiklərə Yox!” layihəsi çərçivəsində psixoloji maarifləndirici təlim keçirilib.

Təlimi “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq-təlimçi Vüsalə Əmiraslanova aparıb. Tədbirin məqsədi gənclər arasında psixoloji dayanıqlığın artırılması, zərərli vərdişlərə qarşı müqavimətin formalaşdırılması və sağlam düşüncə tərzinin təşviq edilməsi olub.
Vüsalə Əmiraslanova çıxışı zamanı narkomaniyaya meyilliliyin psixoloji səbəblərindən, gənclərin özünüidarə və emosional sabitlik bacarıqlarının gücləndirilməsindən, həmçinin sosial təzyiqlərə qarşı dayanıqlığın əhəmiyyətindən danışıb. O, həmçinin iştirakçılarla interaktiv müzakirələr apararaq praktik psixoloji tapşırıqlar vasitəsilə mövzuya dair effektiv yanaşmalar təqdim edib.
Təlim səmimi və fəal mühitdə keçib, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki