“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən digər qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi təşkilatın fəaliyyəti və göstərdiyi xidmətlər barədə həmkar QHT-lərə ümumi məlumat vermək və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Görüş zamanı təşkilatın İİV profilaktikası, maarifləndirmə, anonim test xidmətlərinə yönləndirmə, pulsuz qoruyucular və lubrikantların təqdim edilməsi, eləcə də tibbi və sosial xidmətlərə çıxışın dəstəklənməsi istiqamətində fəaliyyəti barədə məlumat verilib.
Həmçinin qeyd olunub ki, digər QHT-lərin müraciət edən şəxslə işləmək imkanının olmadığı və ya həmin şəxsin ehtiyacının onların fəaliyyət istiqamətinə uyğun gəlmədiyi hallarda, şəxslər “Gender və Tərəqqi”yə yönləndirilə bilər. Təşkilat öz fəaliyyət istiqamətinə uyğun müraciətləri qəbul edərək həmin şəxslərə lazımi məlumat və xidmətlər göstərir.
Görüş iştirakçıları arasında qarşılıqlı məlumat mübadiləsinin və QHT-lərarası əməkdaşlığın gücləndirilməsinin xidmətlərin daha geniş auditoriyaya çatdırılmasına imkan verəcəyi vurğulanıb.


























