image-reklam-veteninfo
image-370516394_598282379176755_1141442591544567172_nbackend

General: “İran Bakıda keçiriləcək Birgə Hərbi Komissiyanın iclasında iştiraka hazırdır”

image-reklam-veteninfo

Vətəninfo.az Fars News agentliyinə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında İran Silahlı Qüvvələrinin Bakıda keçiriləcək Birgə Hərbi Komissiyanın iclasına qatılmağa tam hazır olduğunu deyib.

“Ümumi sərhədlərdə təhlükəsizliyin və əmin-amanlığın yaradılması yalnız qonşu dövlətlər arasında səmimilik və birlik sayəsində mümkündür və bölgədə yad qüvvələrin varlığı gərginlik və ixtilafa səbəb olacaq”,-Baqeri bildirib.

O, habelə müdafiə və hərbi sahədə ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İran və Azərbaycan Silahlı Qüvvələri arasında ötən illərdə dəyərli razılaşmaların əldə edilməsinə toxunan iranlı general qeyd edib: “İki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq, qarşılıqlı əlaqə və fəaliyyət səviyyəsi bütün sahələrdə yüksələn xətlə inkişaf edir və inanırıq ki, silahlı qüvvələr iki ölkə arasında dostluq və qardaşlığın möhkəmlənməsi amilinə çevrilə bilər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki