İran Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Reza Talai-Nik ölkənin raket imkanlarının durmadan artdığını bildirib.
Vətəninfo.az xəbər verir ki, general İranın raket potensialının sənaye elitasının davamlı işi sayəsində formalaşdığını vurğulayıb.
Onun sözlərinə görə, əgər İranın raket potensialı texniki yeniliklərə və daxili imkanlara əsaslanmasaydı, son 45 ildə müdafiə sektoruna tətbiq edilən sanksiyalar altında bu artım mümkünsüz olardı.


























