image-1backend

Gizli plan: Zəngəzur uğrunda hərbi toqquşma – FA-dan sensasiya

image-reklam_sirab_01

Qarabağı tərk etməklə Rusiya Azərbaycana triumf verdi. Bununla da Azərbaycan hərbçiləri çoxdan mübahisə mövzusu olan ərazi üzərində məhdudiyyətsiz nəzarət əldə etdilər.

Vətəninfo.az xəbər verir ki, bu sözlər “Foreign Affairs” jurnalının “Putinin Cənubi Qafqazda gizli oyunu” məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, sülhməramlıların Qarabağı tərk etməsindən sonra bir çox müşahidəçilər Bakı ilə Moskva arasında gizli razılığın olduğunu güman edirdilər. Bununla belə, jurnal iki ölkənin liderləri arasındakı xoş münasibətin hazırkı əlaqələrə geniş imkan yaratdığını yazıb:

“Sülhməramlıların bu yaz çıxarılması Bakı ilə Moskva arasında razılığın əsas komponenti kimi görünür. Sülhməramlıların getməsindən cəmi 5 gün sonra Əliyev Moskvaya səfər edib, iki ölkə arasında əlaqələrin genişlənməsini müzakirə etdi. Moskva üçün bütün bunlar Qərblə Ukrayna müharibəsi fonunda yeni ticarət marşrutlarının yaradılması yarışının tərkib hissəsidir. Müharibənin başlanmasından sonra Qərb hökumətləri və şirkətləri Orta Dəhlizi modernləşdirməyə cəhd edirlər”.

Jurnal qeyd edir ki, Azərbaycan öz coğrafi mövqeyi sayəsində tərəflər arasındakı rəqabətdən qazanc əldə edə bilib.

Məqalədə həmçinin Rusiyanın Cənubi Qafqazda İranla nəqliyyat əlaqələrinin bərpasında maraqlı olduğu bildirilib. Bunun isə İkinci Dünya müharibəsi zamanı ABŞ-ın SSRİ-yə yardım üçün istifadə etdiyi əsas xəttin yenidən bərpa olunması anlamına gəldiyi vurğulanıb. “Foreign Affairs” bu baxımdan Zəngəzur dəhlizinin də Moskva üçün önəm kəsb etdiyini yazıb:

“Hələ 2020-ci ilin noyabrında Putin, Əliyev və Paşinyan üçtərəfli bəyanatı imzalayanda ruslar düşünürdülər ki, onların bu marşrutun açılması ilə bağlı razılığı var. Bəyanata regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası açılması daxil idi və orada xüsusilə Naxçıvana Ermənistan üzərində marşruta xatırlatma edilirdi. Üstəlik burada deyilirdi ki, marşrut üzərində nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin əlində olacaq. Lakin o vaxtdan dəhliz bağlıdır, çünki Ermənistan və Azərbaycan istismarla bağlı razılaşa bilməyiblər. Lakin Rusiya hələ də israr edir ki, nəzarəti onun təhlükəsizlik qüvvələri həyata keçirməlidir. Beləliklə yeni dəhlizin açılması Azərbaycanla Rusiya arasındakı yeni razılaşmanın əsasını təşkil edə bilər. Yəni bunun qarşılığında Rusiya qoşunlarını Qarabağdan çıxarır, əvəzində Azərbaycan Rusiyanın Ermənistanın cənubundan gedən yola nəzarətinə razılaşa bilər. Əgər plan reallaşsa, bu, Azərbaycanla Rusiyanın Ermənistanın cənub sərhədlərinə koordinasiyalı nəzarət etməsi anlamına gələcək. Bu da Ermənistan, eləcə də Qərb üçün kabuslu yuxudur”.

Qəzet yazır ki, əgər bu ehtimal reallaşsa, ABŞ və Qərb Rusiyanın İranla avtomobil və dəmiryolu yaratmaq işində böyük addım atdığını görəcək.

Məqalədə həmçinin Rusiyanın heç bir keçmiş müttəfiqinin Moskvadan Ermənistan kimi uzaqlaşmadığı qeyd olunub. Lakin Moskvanın Ermənistanda təsirinin zəifləməsi qarşılığında regionda heç bir gücün Qərbin Rusiyanı əvəz etməsində maraqlı olmadığı vurğulanıb. Digər tərəfdən Paşinyan Qərbə inteqrasiya yolunu seçsə də, məqalə müəllifləri İrəvan üçün bir neçə riskin qaldığını deyirlər. Bunların sırasında əsas kimi isə Rusiyadan iqtisadi asılılıq, Azərbaycanla Zəngəzur dəhlizi uğrunda toqquşma, eləcə də daxili qüvvələrin xarici dəstəklə Paşinyanı devirmə ehtimalları göstərilir:

“Bu təhdidlər diplomatiya ilə paralel gedir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin əldə olunması və münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparmağa davam edir. İki tarixi düşmənin müharibədən qaça biləcəkləri isə daha çox Qərb güclərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, burada da konfliktin nizamlanması üçün siyasi və maliyyə resurslarını yatırmağa nə qədər hazır olmalarından asılı olacaq”.Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki