image-2backend

Gödəkçənin astarında təcridxanadakı dostuna heroin keçirmək istədi YAXALANDI

image-reklam_sirab_01

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Vətəninfo.az-a verilən məlumata görə, həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkçənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki