Veteninfo.az xəbər verir ki, 44 günlük müharibədən sonras,Azərbaycan Zəngəzur istiqamətində dövlət sərhəddinin müəyyənləşdirilməsi istiqamətində Gorus-Qafan yolunun bir hissəsinə nəzarət edir.
Azərbaycanın yol üzərində həyata keçirdiyi gömrük xidmətindən sonar isə,dövlət büdcəsinə gömrük rüsumları ilə bağlı bu yolun da payı az olmayacaq.
Məlumata görə, Dövlət gömrük xidməti Gorus-Qafan yolu üzərində həyata keçirdiyi gömürük xidmətlərindən ay ərzində 17 min avro,təqribən 32 min AZN gəlir əldə edir.
Ermənistan mediası isə iddia edir ki, əsasən bu gömrük postundan İrandan Ermənistana yük daşıyan avtomobillər istifadə edir ki,sürücülər tərəfindən ödənilən rüsumları müqaviləyə əsasən erməni şirkətləri tərəfindən sürücülərə ödənilir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlayıb Gorus-Qafan yolu üzərində mövcud olan Azərbaycan DGK-nin ay ərzində ümumilikdə nə qədər rüsum toplandığını dəqiqləşdirmək istədik.Natiq Axundov bildirdi ki,bununla bağlı məlumatı dəqiqləşdirdikdən somnra.yalnız fikir bildirə bilər.
Redaksiya olaraq DGK-nin mövqeini də əldə etdikdən sonra yayımlanacağıq.
Vətəninfo.az


























