image-1backend

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində dövlət vəsaiti necə dağıdılır? – FAKTLAR

image-reklam_sirab_01

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin balansında olan olan bu nəqliyyat vasitələri məni valeh etdi. Deməli, gördüyünüz bu maşınlar bir metr tərpənmədən hər ay xeyli litr yanacaq hörtdədir.

image-1

İndi öz insaflarına qalıb, ondan bircə vedrə direktora verələr ya yox… Direktorun mövqeyindən danışsaq, bir qaşıq da vermirlər. Biz mağmunlar da buna inanırıq. Amma prokuror əmilər kiçik bir araşdırma nəticəsində hər şeyin tam əksinə olduğunu ortaya qoyub. Deməli bu texnikanın adına gələn yanacaqdan direktor bir qaşıq da olsun özlərinə vermir. Yaşlı valideynin təqaüdünü alıb ona bir cüt corab da olsun almayan naxələf övlad kimi…

image-2

Tək Göyçaydakı kollecdə yox, dünya soxasoxdu. Məsələn, Çin süni yumurta, Hindistan uçan taksi, İsrail xərçəngin dərmanını, ərəblər g*t əlləşdirən süni intellektli robot, qardaş Türkiyə kosmosa kosmonavt buraxdı. Bizim texnologiyadan cavabdeh olan kollecimiz isə hər ay bir ətək benzin sərf etsələr də dağılmış sovetin texnikasını nə bir metr tərpədə bilirlər, nə də balansdan silə bildilər.

Reallıqla danışsaq şəxsən tanıdığım bir neçə kollec var ki, onlar bundan da bərk qaçır. Məsələn, qiyabi tələbənin məktəbə gəlmədən smestri yola verməsi 400-cə yüz manatdır. Hələ elə kollec var ki, direktor və onun çapkın müavini gəlirlər iki yerə bölüblər. Aşağı kursa biri baxır, yuxarı kursa da biri… Yəni, biri yuxarıdan yeyir, biri aşağıdan…

Bu minvalla sizə bir əhvalatı ərz edim. Sizinkilərlə belə Allah canların sağ eləsin, mənim prokuror dostum var. Çox savadlı, Dövlətin və peşəsin sevən igiddir. Həmişə onunla oturanda bir dua edirəm: Allahım siz prokurorları ən azı gündə bircə dəfə işində əyrilik olan məmurların yuxusuna göndərsin. Bəlkə onda düzələlər.

Elgün Gəncimsoy


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki