Vətəninfo.az xəbər verir ki, “The Guardian” qəzeti Tehran və Vaşinqton arasında nüvə danışıqlarında Moskvanın əsas roluna toxunaraq yazıb ki, Moskva İranın zənginləşdirilmiş uran ehtiyatları üçün mümkün hədəf kimi qeyd edilib.
Məlumata görə, Rusiya gələcəkdə əldə oluna biləcək razılaşmanın pozulması hallarında vasitəçi rolunu da oynaya bilər. Bildirilib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında nüvə proqramına nəzarət etmək müqabilində sanksiyaların ləğvini istəyir.
Qəzet vurğulayıb ki, hazırda Vaşinqtonun iştirak etdiyi “İran-ABŞ”, “HƏMAS-İsrail” və “Rusiya-Ukrayna” danışıqlarının üç oxundan ən azı birində nəzərəçarpacaq nəticəyə nail olmaq üçün Tramp və Uitkoffun üzərində böyük təzyiq var.