image-reklam-veteninfo
image-img-20260914-wa0059backend

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür – FOTOLAR

image-reklam-veteninfo

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir.
Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində aşma və ya budaqlarının qırılması nəticəsində insanlar, nəqliyyat vasitələri və digər obyektlər üçün potensial təhlükə yarada bilən ağaclar mütəxəssislər tərəfindən müəyyən edilir.
Aidiyyatı dövlət qurumunun müvafiq rəyi əsasında təhlükə yaradan qurumuş ağacların götürülməsi, həmçinin ağacların qurumuş, zədələnmiş və təhlükə yarada biləcək budaqlarının budanması həyata keçirilir.
Tədbirlərin əsas məqsədi güclü külək zamanı yarana biləcək mümkün fəsadların qarşısının alınması, vətəndaşların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun sağlam və dayanıqlı vəziyyətdə saxlanılmasıdır.

image-img-20260914-wa0059 image-img-20260914-wa0058 image-img-20260914-wa0056 image-img-20260914-wa0053 image-img-20260914-wa0055 image-img-20260914-wa0054




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki