image-guler-mubariz-veteninfobackend

Gülər Mübariz: “Ailə fərdlərinin psixoloji vəziyyəti, ailənin keçmişdə yaşadıqları ilə sıx bağlıdır”

image-reklam_sirab_01

Ailə cəmiyyətin ən kiçik həyat vahididir. Sağlam bir cəmiyyət, fərdlərin yetişdiyi ailələr ilə mümkündür. Ölkəmizdə ailələrdə baş verən müxtəlif hadisələr,o cümlədən anlaşmazlıqlar ailədaxili psixoloji vəziyyətlə əlaqəli olub olmadığını, ekspert Gülər Mübarizlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

Gülər Mübariz Vətəninfo.az-a bununla bağlı bildirib ki, Ailədaxili münasibətlər, sağlam ünsiyyət formaları psixoloji durumla izah oluna da bilər, olunmaya da: “Ailə fərdlərinin psixoloji vəziyyəti ailə dinamikasında həyati rol oynayır ,daha doğrusu, ailənin keçmişdə yaşadıqları bu baxımdan əhəmiyyətli dərəcədə özünü göstərir. Bəzən elə olur ki, iki fərqli psixoloji həyat tərzi keçirmiş fərdlər ailə həyatı qurur.. Bu zaman evlənmədən öncə mövcud olan sevginin yerini evlilikdə əlaqə problemləri əvəz edir. Cütlüklər arasında ünsiyyət problemi daha qabarıq formada görünür. Nəticədə də müxtəlif, fərqli situasiyalar, bu situasiyalardan da psixologiyası pozulmuş övladlar meydana gəlir”. 

“Ana və atanın evliliyinin inadcıl fikir ayrılığı ilə onların birgə həyat boyu davam edən qarşıdurmaları ətraflarındakı hərkəsin daxilinə dava, münaqişə və ayrılıq toxumları əkir”-deyən eksper əlavə edib ki, həyatı uyğunsuzluqlardan, yanlış ünsiyyətdən və bu xətaların təkrar- təkrar yaşanması ilə stress dolu bir qavramdan ibarət olan, bu şəraitdə böyüyən uşaqlar da həyatlarını düzgün seçə bilmirlər. Və ən qorxulusu da odur ki, bəziləri yaşadıqlarını örnək alırlar.

Ekspertin fikrinə görə sadaladığı anlayışların əhatə dairəsi böyüdükcə də ailə və şiddət anlayışı sözügedən psixoloji vəziyyəti meydana gətirir: “Burda isə şiddətin növləri fərqlilik göstərir. Bəzən bu qısqanclıqdan yaranır deyirlər. Bu psixoloji vəziyyətin, şiddətə çevrilməsinin qısqanclıqla hər hansı bir əlaqəsi ola bilməz. İstər qadın, istərsə də kişi olsun. Deməli fərdlərin bir-biri ilə qarşlaşmadan öncə, keçmişdə yaşadıqları psixoloji durum, onları sadaladığım ailə daxili şiddətə, davamlı naxoş addımların atılmasına sürükləyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki