image-reklam-veteninfo
image-1backend

Gün ərzində çox yatmaq ölüm riskinin göstəricisi ola bilər – 19 illik ARAŞDIRMA

image-reklam-veteninfo

ABŞ alimləri yaşlı insanlarda gündüz yuxusunun müddəti və tezliyi ilə ölüm riski arasında əlaqə müəyyənləşdiriblər. Təxminən 19 il davam edən araşdırmanın nəticələri diqqət çəkib.

Bu barədə “ScienceDaily” “Brigham and Women’s Hospital” tədqiqatçılarının araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqatda 1338 yaşlı insanın məlumatları təhlil edilib. İştirakçıların gündüz yuxusu vərdişləri xüsusi qol cihazları vasitəsilə ölçülüb və onların sağlamlıq göstəriciləri uzun müddət ərzində izlənilib.

Nəticələrə əsasən, gündüz yuxusunun hər əlavə saatı ölüm riskinin təxminən 13 faiz yüksək olması ilə əlaqələndirilib. Səhər saatlarında yatanlarda isə günortadan sonra yatanlarla müqayisədə 30 faiz yüksək ölüm riski qeydə alınıb.

Alimlər vurğulayırlar ki, gündüz yatmaq ölümə səbəb olmur. Uzun və tez-tez təkrarlanan gündüz yuxusu bəzi gizli xəstəliklərin və ya sağlamlıq problemlərinin göstəricisi ola bilər.//Lent.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki