image-tbibackend

Gürcülər yeni Tbilisidə hava limanı tikir

image-reklam_sirab_01

Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyunun 5-də Tbilisi yaxınlığında yeni beynəlxalq hava limanının tikintisi ilə bağlı qərarını açıqlayıb.

“Biz belə qərara gəldik ki, beynəlxalq, müasir səviyyəli yeni aeroport tikmək lazımdır. Bunun üçün ən yaxşı yerin keçmiş hava limanı olan Vaziani olduğunu düşünürük. Biz ən yaxşı memarları, dizaynerləri və mütəxəssisləri buranı araşdırmaq və yekun qərar qəbul etmək üçün dəvət etmək istərdik”, Vətəninfo.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu baş nazir iyunun 5-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, əvvəldən Tbilisidə fəaliyyət göstərən beynəlxalq hava limanının modernləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulurdu, lakin müəyyən məhdudiyyətlər səbəbindən yeni hava limanının tikintisi ilə bağlı qərar qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki