image-1backend

Gürcülər yenidən meydanlara axışdı- Polis hərəkətə keçdi

image-reklam_sirab_01

Tbilisinin mərkəzində ölkədə yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə növbəti etiraz aksiyası keçirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Eyni zamanda etirazçılar nümayişlər zamanı saxlanılanların azadlığa buraxılmasını tələb ediblər.

Qeyd olunur ki, axşam saatlarında Tbilisinin müxtəlif yerlərində nümayişlər keçirilib, bundan sonra nümayişçilər Rustaveli prospektində nəqliyyatın hərəkəti üçün bağlanan parlament binası yaxınlığında toplaşıblar.

Hadisə yerində çoxlu sayda polis əməkdaşı olub. Aksiyada Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili də iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image