image-defaultbackend

Gürcüstan Aİ ilə danışıqları bərpa etməyə hazırdır -Kobaxidze

image-reklam_sirab_01

Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Gürcüstan Aİ ilə danışıqları bərpa etməyə hazırdır və indi qərar Brüssel tərəfindən verilməlidir. Vətəninfo.az xəbər verir ki, bu barədə Novosti-Qruziya yazır.

Danışıqlar başlamazdan əvvəl ölkə daha 4 il gözləməli olub-olmaması ilə bağlı suala Kobaxidze deyib ki, bu, Avropa İttifaqından asılıdır:

“İndi Avropa İttifaqı bu qərarı verməlidir. Biz buna hazırıq”. Eyni zamanda, biz ölkənin inkişafı, islahatların həyata keçirilməsi yolu ilə qətiyyətlə davam edirik. Beləliklə, ölkə daha böyük tərəqqi əldə edəcək… Aİ ilə münasibətlərin yaxşılaşdırılması bizim maraqlarımızdadır. “Gözləyək və görək Avropa İttifaqı hansı yanaşmanı seçəcək”, – Kobaxidze bildirib.

O, hökumətin Aİ-yə necə müsbət siqnallar göndərdiyini izah etməyib, lakin

bundan əvvəl Kobaxidze danışıqlar üçün şərt kimi Brüsselin rəsmi Tbilisiyə münasibətinin dəyişməsini qeyd etmişdi. Kobaxidze həmçinin bildirib ki, münasibətlərdə görünməmiş böhranın yaranmasında “Avropa bürokratları günahkardır”.

Bir həftə əvvəl Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaia Kallas Tbilisidə dinc nümayiş zamanı etirazçıların həbsini pisləyərək “Gürcüstan namizəd ölkə kimi heç bir gözləntiləri doğrultmur” demişdi. Sanksiya olaraq, Avropa İttifaqı Gürcüstanın xidməti diplomatik pasportlarına malik olan şəxslərin vizasız gediş-gəlişini dayandırıb.

İki ay yarım əvvəl Kobaxidze bəyan etmişdi ki, Gürcüstan “şantaj ehtimalını aradan qaldırmaq üçün” Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırır. O vaxtdan bəri hər gün Tbilisidə və Gürcüstanın digər şəhərlərində etiraz aksiyaları keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image