Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi ölkə prezidentinin “xarici agentlər haqqında” qanuna veto qoymasının ləğv edilməsini təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Beləliklə, məsələ mayın 28-də baş tutacaq plenar iclasda yekun səsverməyə çıxarılacaq.
Yazmışdıq ki, bu gün parlament komitəsi prezident Salome Zurabişvilinin mübahisəli qanuna qoyduğu vetonun aradan qaldırılması proseduruna başlayıb.
Bundan əvvəl qanuna qarşı çıxan və onu rus hesab edən ölkə başçısı qanunun qüvvəyə mindiyi gündən dərhal sonra ləğv edilməsini tələb edib. Zurabişvilinin yeganə qeydi budur.
Bugünkü iclasda qanun layihəsinin qəti əleyhinə olan müxalifət nümayəndələri də iştirak edib.