image-image_750x_6481e90aac544backend

“Gürcüstan Rusiyaya heç bir kömək etmir”- Gürcüstanın ədliyyə naziri

image-reklam_sirab_01

“Gürcüstan heç kimə sanksiyalardan yan keçməyə kömək etmir”.

Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın ədliyyə naziri Rati Breqadze məlumat verib.

Onun sözlərinə görə, indiyədək Gürcüstanın Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etməsi ilə bağlı heç bir fakt təsdiqlənməyib, əksinə, rəsmi Tbilisinin bu sanksiyaların tətbiqinə kömək etdiyi dəfələrlə təsdiqlənib.

Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, müvafiq qərar Gürcüstan vətəndaşlarının vaxtına və maliyyə resurslarına qənaət etməyə kömək edir.

Rəsmi qeyd edib ki, bu baxımdan Gürcüstan hökuməti burada heç bir qəbahət görmür.

Xatırladaq ki, bu gün Qərb KİV-ləri ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya İdarəsinin rəhbəri Cim O`Brayenə istinad edərək, Rusiyaya sanksiyalardan yan keçmək üçün Gürcüstan və Ermənistan da daxil olmaqla 5 ölkənin yardım etdiyi barədə məlumat yayıb.
Ermənistan hələ ki, bu məlumatı rəsmi şəkildə şərh etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki