image-ukkkbackend

Gürcüstan ukraynalı qaçqınlara 15 milyon dollar yardım edib

image-reklam_sirab_01

Gürcüstan hökuməti ölkəyə sığınan ukraynalı qaçqınlara təxminən 38 milyon lari (15 milyon ABŞ dollarından çox) məbləğində maliyyə yardımı edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə respublika hökumətinin yaydığı 2022-ci il hesabatda deyilir.
“Gürcüstan müxtəlif sosial və təhsil proqramları vasitəsilə Ukraynaya, o cümlədən ölkəmizdəki 26 mindən çox ukraynalıya əhəmiyyətli humanitar və maliyyə yardımı göstərir.

2022-ci ildə Gürcüstanın göstərdiyi yardım təxminən 38 milyon lari təşkil edib”, – hesabatda deyilir.

Qeyd olunduğu kimi, Gürcüstan Nazirlər Kabineti digər layihələrlə yanaşı, beş layihə həyata keçirib, onlara əsasən, ukraynalı uşaqların reabilitasiya mərhələsindən keçərək ölkədə istirahət etmək imkanı verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki