image-reklam-veteninfo
image-image_750x_64a58f2c875b2backend

Gürcüstan və Ukrayna arasında qalmaqal: Səfir ölkəni tərk edir

image-reklam-veteninfo

Kiyevin ölkəni tərk etmək təklifindən sonra Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili tezliklə Tbilisiyə qayıdacaq. Vətəninfo.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili jurnalistlərlə söhbətində belə deyib.

Xarici işlər naziri həmçinin qeyd edib ki, o, rəsmi Kiyevin qərarını “anlaşılmaz və əsassız” hesab edir. Eyni zamanda, Darçiaşvili müharibə zamanı Kiyevi tərk etməyən və “Gürcüstanın maraqlarına xidmət edən” gürcü diplomatlara təşəkkür edib.

“Bizim üçün Ukrayna hakimiyyətinin qərarı anlaşılmaz və əsassız idi, qohumlarımız belə münasibətə layiq deyillər”, – deyə Darçiaşvili bildirib.

Onun sözlərinə görə, bəzi ukraynalı siyasətçilər vaxtilə gürcü tərəfinə qarşı ədalətsiz bəyanatlar veriblər.

O, həmçinin əlavə edib ki, həmin bəyanatlardan sonra bütün məsələlər ikitərəfli formatda həll olunub.

Darçiaşvili vurğulayıb ki, Tbilisi baş verənlərə reaksiya verməyəcək və səfir yaxın vaxtlarda vətəninə qayıdacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki