image-1backend

Gürcüstan vətəndaşlarının “Covid-19” cərimələrini siləcək

image-reklam_sirab_01

Gürcüstan hökuməti “Covid-19” pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə vətəndaşlara yazılan cərimələri siləcək. Bu amnistiya iki minə yaxın vətəndaşa şamildir. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib. Onun sözlərinə görə, 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ 5,6 milyon lari, təxminən 2 milyon dollardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki