image-1backend

Gürcüstanda bu ilin sonunadək prezident seçkisi keçiriləcək

image-reklam_sirab_01

Gürcüstan parlamenti noyabrın 26-da prezident seçkilərinin dəqiq vaxtını müəyyən edəcək.

Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, 11-ci çağırış parlamentin noyabrın 26-da keçiriləcək iclasında bir sıra vacib məsələlər, o cümlədən Gürcüstan prezidentinin seçkiləri ilə bağlı məsələyə də baxılacaq. Parlament prezident seçkilərinin dəqiq vaxtını təyin etdikdən sonra Mərkəzi Seçki Komissiyası müvafiq tədbirlərin görülməsinə başlayacaq.

“İndi yeni reallıqlar yaranıb. Biz bunları nəzərə almalıyıq. Yeni prezident 5 il müddətinə seçiləcək. Biz istəyirik ki, həm seçkilər, həm də yeni prezidentin andiçmə mərasimi 2024-cü ildə reallaşsın”, – deyə Şalva Papuaşvili vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image