image-1backend

Gürcüstanda etiraz aksiyaları 28 gündür davam edir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki , Gürcüstanda hökumətin Avropa İttifaqına (Aİ) üzvlük müzakirələrini başlatma prosesini 4 illiyinə dayandırmasına qarşı etirazlar 28-ci gününü geridə qoydu.

Ölkədə 26 oktyabrda keçirilmiş parlament seçkilərindən sonra başlayan və hökumətin Aİ-yə üzvlük müzakirələrini 2028-ci ilə qədər dayandırmasından sonra daha da artan etirazlar paytaxt Tbilisidə davam edir.

Tbilisidə gün ərzində müxtəlif küçələrdə yürüş edən etirazçılar əvvəlki günlərdə olduğu kimi gecə saatlarında parlament binası qarşısına toplaşıblar. Parlament binası qarşısındakı Şota Rustaveli prospektini nəqliyyata bağlayan etirazçılar Gürcüstan və Aİ bayraqları daşıyıblar.

Nümayişçilər hökumətə parlament seçkilərini yenidən keçirmək çağırışlarını bir daha təkrarlayıblar. Bu arada, könüllülər də etirazçılara isti içkilər və yeməklər təqdim edərək dəstək olublar.

Aİ, ABŞ, Gürcüstan prezidenti Salome Zurabişvili və müxalifət iqtidardakı Gürcü Arzusu Partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini qəbul etmir və hökumətin Aİ-yə üzvlük müzakirələrini dayandırmasına etiraz edirlər. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin hökuməti isə Qərbin dəstəklədiyi bəzi qüvvələri, Zurabişvilini və müxalifəti küçə aksiyaları vasitəsilə hökuməti devirməyə çalışmaqda ittiham edir.

Qeyd edək ki, ABŞ və bəzi Avropa ölkələri isə Gürcüstan hökumətinin bəzi nümayəndələrinə sanksiyalar tətbiq ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image