Gürcüstanın şimalında 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İri kəndində (Raça Leçxumi – Kvemo Svanet rayonu) yerləşib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Sputnik agentliyinin Gürcüstan xidməti məlumat yayıb.
Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, Tbilisi vaxtı ilə saat 02:03-də baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Gürcüstan orta seysmik aktivliyə malik ölkədir. Gürcüstanda qeydə alınmış ən güclü zəlzələ 7,0 bal gücündə 1991-ci ildə Raça və İmeret (Qərbi Gürcüstan) bölgələrində baş verib. Episentrdə intensivlik 9 bal olub. Bu zəlzələ nəticəsində 200-ə yaxın insan həlak olub, 46 minə yaxın ev və 1000 sənaye obyekti dağılıb.