image-1116894backend

Gürcüstanda matəm elan edildi

image-reklam_sirab_01

Gürcüstanda avqustun 7-də dağlıq Raça bölgəsindəki Şov sanatoriyasında torpaq sürüşməsi nəticəsində həlak olanların xatirəsinə matəm elan edilib. Gürcüstanın  baş naziri İrakli Qaribaşvilinin müvafiq qərarı hökumətin saytında dərc olunub. Bu barədə Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir .

Fəxri qarovul yerli vaxtla saat 00:00-da Hökumət Evi və Prezident Sarayının binalarında dövlət bayraqlarını endirmişdir. Bütün dövlət qurumlarında da bayraqlar endirilir. Həmin gün telekanallara əyləncəli və musiqili verilişlərin yayımı qadağandır.

Gürcüstanın qərbindəki Şekvetil kurort şəhərində yerləşən “Black Sea Arena” konsert salonu əcnəbi sənətçilər Nile Rodgers & Chic və FKJ-nin matəm günü münasibətilə konsertlərini ləğv edib.

Şovidə faciəli sürüşmə avqustun 3-də baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşmüş hesab olunur. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Show” mehmanxanasına ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq düşüb. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki